• RUB: 0.0255
  • TRY: 0.2716
  • EUR: 1.9852
  • USD: 1.7000
  • Bakı + 23.9 ° C / 44%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Nazirlikdən rəsmi dəstək

Nazirlikdən rəsmi dəstək

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi 7-ci Beynəlxalq "Caspian Energy Forum Baku - 2018"-ə ən yüksək səviyyədə rəsmi dəstək göstərir.  Nazirlik Caspian European Club  sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyevin açıqlamasına istinadən belə məlumat yayıb.

“Caspian Energy Forum Baku – 2018” sentyabrın 20-də Azərbaycan Respublikası hökumətinin və Caspian European Clubun dəstəyi ilə keçiriləcək. T. Əliyev açıqlamasında daha sonra deyib:

-Bildiyiniz kimi, 1994-cü il sentyabrın 20-də ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Xəzər-Qara dəniz regionunun neft və qeyri-neft sektorunun inkişafına təkan verən “Əsrin müqaviləsi” imzalanmışdır. Xəzərin enerji resursları hesabına Avropanın enerji təhlükəsizliyinin təminatının əsası da məhz o zaman qoyulmuşdur. Bununla əlaqədar olaraq, hər il eyni vaxtda Caspian Forum Baku təşkil edəcəyik. “Caspian Energy Forum Baku - 2018”-in təşkili Caspian European Clubun yuxarı rəhbərliyinin yaratdığı əlverişli  şərait sayəsində mümkün olub”.

“Caspian Energy Forum Baku – 2018”-in nümayəndələri  sırasında Azərbaycanın  hökumət  üzvləri, Avropa, Asiya və Amerika ölkələrinin dövlət və transmilli şirkətlərinin, beynəlxalq maliyyə institutlarının, aparıcı analitik mərkəzlərin, investisiya şirkətlərinin və reytinq agentliklərinin rəhbərləri, həmçinin ərəb ölkələri şirkətlərinin nümayəndələri də yer alıblar.

Caspian European Club 2002-ci ilin iyunda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi ilə yaradılıb. 2016-cı il dekabrın 24-də Caspian American Club, 2018-ci il yanvarın 26-da Caspian Asian Club təsis olunub. Hər iki təşkilat 2 il ərzində Caspian European Clubun idarə heyətinin üzvləri tərəfindən idarə olunacaq. Caspian European Cluba daxil olan bütün şirkətlər avtomatik qaydada Caspian American Club və Caspian Asian Clubun, Caspian American Club və Caspian Asian Cluba daxil olanlar isə Caspian European Clubun üzvü hesab olunurlar.

Yarandığı ilk gündən Caspian European Club neft sahəsindən əldə olunan gəlirlərin qeyri-neft sektoruna yönəldilməsinə yardım edir. Sıralarında 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club, Caspian American Club və Caspian Asian Club dünyanın 70 ölkəsində fəaliyyət göstərir, dövlət qurumları ilə özəl sektor arasında dialoqun dəstəklənməsi istiqamətində fəal iş aparılar.

Caspian European Club, Caspian American Club və Caspian Asian Clubun sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir.

Ü.VAHİDQIZI,

“Xalq qəzeti”

9 2018 14:05 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2018 | 22:22
Səfər başa çatdı

Ən son xəbərləri səhifəmizdən də izləyin