• RUB: 0.0259
  • TRY: 0.3012
  • EUR: 1.9570
  • USD: 1.7000
  • Bakı + 20.3 ° C / 75%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Masallıda nazililər üçün təntənəli gecə

Masallıda nazililər üçün təntənəli gecə

Masallı rayonunun mərkəzində ümummilli liderimiz Heydər Əliyevin adına parkda Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırovanın aparıcılığı ilə Türkiyənin Nazili bələdiyyəsindən gəlmiş qonaqların şərəfinə təntənəli tədbir keçirilib.

Gecədə A.Bağırova Nazili bələdiyyəsini təmsil edən nümayəndə heyətinə bu ilin fevralında Nazilidə Qarabağ parkının və Xocalı Soyqırımı abidəsinin açılışına görə təşəkkürünü bildirib və bu addımın bütün Türk dünyası bölgələri üçün gözəl bir örnək olduğunu deyib.

Tədbirdə çıxışında ümummilli lider Heydər Əliyevin “bir millət, iki dövlət” kəlamını qeyd edən və cənab Prezident İlham Əliyevin qardaş Türkiyə ilə əməkdaşlığa hər zaman böyük önəm verdiyini deyən Masallı Rayon İcra Hakimiyyətinin başçısı R.Hüseynov iki qardaş ölkə arasında bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətini xüsusi vurğulayıb. 

Milli Məclisin deputatı Q.Paşayeva çıxışında “bu gün Türkiyədən olan dəyərli qardaşlarımızla birlikdə burada bu önəmli tədbiri birlikdə qeyd etməmiz çox önəmlidir, eyni zamanda dosta da, düşmənə də bir mesajdır,2-- deyərək torpaqlarımızın işğaldan azad olunacağı günün də uzaq olmadığını vurğulayıb: “Arzu edirəm ki, gələn tədbirlərimizi Ali Baş Komandan, prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında birlik və bərabərlik içində işğaldan azad edəcəyimiz Dağlıq Qarabağımızda, Xankəndində, Xocalıda, Şuşada və digər o gözəl torpaqlarımızda qeyd edək”. 

Bu gün Türk dünyasının müxtəlif bölgələrində türk əsilli insanların yaşadığı problemlərdən danışan Q.Paşayeva güc birlikdədir və birlikdə bizə qarşı ədalətsizliklərə qarşı daha güclü mübarizə apara bilərik deyib: “Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də Türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq”. 

Tədbirdə çıxış edən Nazili bələdiyyə sədrinin müavini Mustafa Akkaya “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”,-- deyib və bundan sonra da hər zaman qardaş Azərbaycanın yanında olacaqlarını bildirib. Masallı Rayon  İcra Hakimiyyəti və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyi tərəfindən Nazilidən gəlmiş nümayəndə heyətinin üzvlərinə Azərbaycan mədəniyyəti və tarixi ilə bağlı hədiyyələr təqdim edilib. Nazili nümayəndə heyətinin üzvləri də Masallı Rayon İcra Hakimiyyəti başçısına, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri millət vəkili Q.Paşayevaya və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB -nin sədri A.Bağırovaya və Masallı ziyalılarına Nazili bölgəsini tanıdan hədiyyələr təqdim edib. Gecə Azərbaycanın tanınmış sənətçilərinin və Türkiyədən gəlmiş folklor qrupunun ifası ilə davam edib.

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

9 2018 11:39 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2018 | 22:22
Səfər başa çatdı

Ən son xəbərləri səhifəmizdən də izləyin