Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyəli qonaqlar Masallıda

Türkiyəli qonaqlar Masallıda

Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin rəhbəri Qənirə Paşayevanın dəvətilə Türkiyənin Nazili vilayətindən 32 nəfərdən ibarət nümayəndə heyəti “Nazilidən Azərbaycana könül körpüsü” layihəsi çərçivəsində Masallı rayonuna səfər ediblər. Nazili bələdiyyə sədrinin müavinləri, Nazili bələdiyyə məclisinin üzvləri, tanınmış ziyalılar və folklor qrupunun üzvlərindən ibarət nümayəndə heyəti Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovla görüşüb. 


R. Hüseynov Masallının tarixi, bugünü, iqtisadi potensialı və imkanları barədə geniş məlumatlar verib.  Türkiyə nümayəndə heyətinin üzvləri Q.Paşayevanın Nazili bölgəsinə səfəri zamanı hər zaman bu bölgənin Azərbaycanın bölgələri ilə qardaşlaşması təklifi ilə çıxış etdiyini deyiblər , Onlar Azərbaycanın bölgələri, o cümlədən Masallı ilə qardaşlaşmanın çox gözəl bir addım olacağını qeyd ediblər. Türkiyəyə qayıtdıqdan sonra təmsil etdikləri bölgənin Masallı ilə qardaşlaşması məsələsi üzərində işləyəcəklərini və yaxın zamanlarda qardaş bələdiyyələrin yaradılacağına ümidvar olduqlarını bildiriblər. 

Ümummilli lider Heydər Əliyevin “bir millət, iki dövlət” kəlamını qeyd edən və cənab Prezident İlham Əliyevin qardaş Türkiyə ilə əməkdaşlığa hər zaman böyük önəm verdiyini deyən R.Hüseynov da bölgələr ilə qardaşlaşmaqdan böyük məmnuniyyət duyacağını bildirib. Masallının tarixi-mədəni abidələri, gözəl təbiət guşələri ilə yaxından tanış olan Türkiyəli qonaqlar rayon ziyalıları və gəncləri ilə də görüşüblər.

Daha sonra Masallıda rayon icra hakimiyyətinin, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin təşkilatçılığı ilə "Nazilidən Masallıya könül körpüsü" adlı tədbir və gecə keçirilib. 

 

Z. BƏŞİRQIZI,
“Xalq qəzeti”

9 2018 11:38 - XƏBƏRLƏR
XƏBƏRLƏR
11 Avqust 2018 | 22:22
Səfər başa çatdı

Ən son xəbərləri səhifəmizdən də izləyin