• RUB: 0.0251
  • TRY: 0.2459
  • EUR: 1.9383
  • USD: 1.7000
  • Bakı + 26.8 ° C / 63%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Bilig Brains” layihəsinin analitiki: “Cənub Qaz Dəhlizi” Azərbaycanın təbii qaz tədarükçüsü kimi nüfuzunu artıracaq

“Bilig Brains” layihəsinin analitiki:  “Cənub Qaz Dəhlizi” Azərbaycanın təbii qaz tədarükçüsü kimi nüfuzunu artıracaq

ABŞ prezidenti Donald Trampın   “Cənub Qaz Dəhlizi” ilə bağlı sərəncamı göstərir ki, ABŞ bu layihənin Rusiyanın Avropadakı layihələri ilə rəqabət aparacağını başa düşür. Bu fikri Trend-ə “Bilig Brains” layihəsinin analitiki,  ekspert Rafael Səttarov deyib.

Ekspertin sözlərinə görə, ABŞ-ın enerji sektoruna yönəlmiş yeni sanksiyaları İranla biznes sahəsində əməkdaşlıq edən iri şirkətlərin maraqlarına təsir edəcək: “SOCAR və BP-nin qismində enerji nəhənglərinin lobbiçilik fəaliyyətləri nəticə verdi və onlar ABŞ prezidentinin yaxın ətrafına çatdıra bildilər ki, ABŞ-ın müttəfiqlərinin enerji təhlükəsizliyinə xidmət edəcək yeni layihənin mövqelərini zəiflətmək lazım deyil.”

Ekspert Rafael Səttarov  qeyd edib ki, Azərbaycan bu gün iri qaz tədarükçüsü qismində fəal şəkildə dünya bazarlarına daxil olub. “Əlbəttə ki, Azərbaycan qazının həcmi Rusiya qazı ilə müqayisə oluna bilməz, amma yenə də Azərbaycan “Cənub Qaz Dəhlizi” ilə tədarükü 16 milyard kubmetrədək çatdıranda bu dəhliz ölkəyə əlavə mənfəət gətirməklə yanaşı, onun Avropa bazarlarına təbii qaz tədarükçüsü kimi nüfuzunu artıracaq”.

 

Əfsanə BAYRAMQIZI,
“XALQ QƏZETİ”

9 2018 11:38 - MÜSAHİBƏ
MÜSAHİBƏ

Ən son xəbərləri səhifəmizdən də izləyin