Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ərazidə ağac kəsintisi faktı aşkar edilməyib

Ərazidə ağac kəsintisi faktı aşkar edilməyib

23 oktyabr  2018-ci il tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Xətai rayonu, Xudu Məmmədov küçəsi  25, 27, 29 ünvanında ağacların kəsilməsi ilə bağlı şikayət və ağac kəsintisini əks etdirən video daxil olub. Nazirliyin əməkdaşları tərəfindən şikayət yerində araşdırılıb. Əraziyə keçirilən baxış zamanı ağac kəsintisi faktı aşkar edilməyib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, araşdırma zamanı məlum olub ki, videoda əks olunan kadrlar 2017-ci ildə həmin ünvanda çəkilib. Qeyd edək ki, 2017-ci ilin fevral ayında Nazirliyin əməkdaşları tərəfindən Xətai rayonu, Xudu Məmmədov küçəsi  25, 27, 29 ünvanında 4 ağacın kəsildiyi  faktı aşkar olunmuşdu. Araşdırma zamanı ağacların “Green servis” MMC tərəfindən kəsildiyi məlum olmuş və barəsində akt tərtib edilmişdi. MMC-nin hüquqi şəxs qismində cərimə olunması üçün toplanmış materiallar Xətai rayon Məhkəməsinə göndərilmişdi. Əraziyə sakinlərin iştirakı ilə ağaclar əkilmiş və onlara aqrotexniki qulluq göstərilməsi üçün Xətai rayon Mənzil İstismar Sahəsinə  icrası məcburi olan “məcburi göstəriş” verilmişdi. Hazırda ərazidəki ağaclar bioloji inkişafdadır və onlara aqrotexniki qulluq göstərilir.

 

Qəzənfər QASIMOV,
“Xalq qəzeti”

26 Oktyabr 2018 15:26 - EKOLOGİYA
EKOLOGİYA
9 Oktyabr 2019 | 17:12
Güclü külək əsib

Köhnə versiyamızdan xəbərləri izlə