Ən son xəbərlər
Azərbaycanın uğurları aşkardır, iqtisadi göstəriciləri isə ölkənin əldə etdiyi nailiyyətləri təsdiq edir.
Trend-in məlumatına görə, bunu VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən Dayanıqlı İnkişaf Forumunda Qazaxıstanda insan hüquqları müvəkkili, ombudsman Askar Şakirov deyib.
O bildirib ki, Bakı forumunun əhəmiyyətini qiymətləndirmək çətindir.
Ombudsmanın sözlərinə görə, bu cür güclü forumun Bakıda keçirilməsi əlamətdar hadisədir: “Sizin ölkənizin uğurları, hətta Bakıya ötəri baxış, eləcə də iqtisadi göstəricilər əldə olunmuş nailiyyəti təsdiq edir”.
Köhnə versiyamızdan xəbərləri izlə