Ən son xəbərlər

Son buraxılış
Arxiv

Çində naməlum şəxs uşaq bağçasına hücum edib, yaralılar var

Çində naməlum şəxs uşaq bağçasına hücum edib, yaralılar var

Çində naməlum şəxs uşaq bağçasının tərbiyəçilərinə hücum edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Penpay" portalı məlumat yayıb.

Xəbərdə qeyd edilir ki, hadisə ölkənin cənub-qərbində, Çunçin şəhərində, Banan rayonunda baş verib. Yerli mətbuat hadisə zamanı yaralananlar arasında uşaqların da olduğunu bildirib. 

CGTN isə hücum zamanı 14 uşağın yaralandığını xəbər verib. Yaralılar xəstəxanaya yerləşdirilirb.

Hələlik ölənlər barədə məlumat verilmir.

Hadisənin təfərrüatı açıqlanmır. Polisin məlumatına görə, cinayəti törətməkdə şübhəli bilinən şəxs hadisə yerində saxlanılıb.

 

İsaq Əmənullayev,
“Xalq qəzeti”

26 Oktyabr 2018 12:50 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
5 Noyabr 2018 | 11:14
Seperatçılar məğlub oldular

Ən son xəbərləri səhifəmizdən də izləyin