• RUB: 0.0251
  • TRY: 0.2459
  • EUR: 1.9383
  • USD: 1.7000
  • Bakı + 26.8 ° C / 63%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkoloji düşüncənin elmi-mədəni, ideoloji rolu araşdırılıb

Türkoloji düşüncənin elmi-mədəni, ideoloji rolu araşdırılıb

Bakıdakı Atatürk Mərkəzində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Türk dünyasının birliyi istiqamətində Azərbaycan türkoloji düşüncəsinin elmi-mədəni, ideoloji rolunun araşdırılması və təbliği” adlı yeni layihənin yekun tədbiri keçirilib.

Tədbirdə layihə çərçivəsində hazırlanan “Türkologiya” adlı kitab təqdim olunub. Kitabın müəllifləri - Milli Məclisin deputatı, akademik Nizami Cəfərov, filologiya üzrə fəlsəfə doktoru Aysel Qəribli və iqtisadiyyat üzrə fəlsəfə doktoru Emin Qəribli, elmi redaktoru akademik Möhsün Nağısoyludur.

Layihənin rəhbəri “Türk Dünyası İnfo” İB-nin sədri Dəyanət Osmanlı bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə türk xalqlarının ortaq dəyərlərinin tədqiqi istiqamətində mühüm işlər görülüb. Bu dövrdə aparılan araşdırma materialları sistemləşdirilərək topluda təqdim olunur.

Akademik, Milli Məclisin deputatı Nizami Cəfərov, iqtisadiyyat üzrə fəlsəfə doktoru, dosent Emin Qəribli, professor Minəxanım Təkləli, şair, sosioloq, iqtisad elmləri doktoru Əhməd Qəşəmoğlu, filologiya üzrə fəlsəfə doktoru Leyla Məmmədəliyeva nəşrin əhəmiyyətindən söz açıblar. Qeyd olunub ki, kitabda yer alan materiallarda qədim türklər, türklərin diferensiasiyası, türk xalqlarının təşəkkülü və türk dünyasında inteqrasiya məsələləri elmi-ideoloji baxımdan ətraflı şəkildə araşdırılıb.

M.MÜKƏRRƏMOĞLU,

 “Xalq qəzeti”

9 2018 11:34 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Ən son xəbərləri səhifəmizdən də izləyin