• RUB: 0.0254
  • TRY: 0.2909
  • EUR: 1.9343
  • USD: 1.7000
  • Bakı + 27.4 ° C / 51%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakıda yeni sirk proqramı göstəriləcək

Bakıda  yeni  sirk proqramı  göstəriləcək

Dünyaca məşhur “Cirque Eloize” sirki sentyabrın 22-23-də paytaxtımızda “Cirkopolis” proqramı ilə çıxış edəcək. Sirk qrupunun çıxışı Bakı Konqres Mərkəzində olacaq.

Bakı Konqres Mərkəzindən verilən məlumata görə, “Cirkopolis” proqramında sevgi hekayəti və inanılmaz tryuklar, dərin fəlsəfə və strit-dens, virtuoz jonqlyorluq elementləri cəmləşib. Artistlər plastika və musiqi dilini sirk etüdləri, gimnastika və balet elementləri ilə uzlaşdırırlar.

“Cirque Eloize” sirki 1993-cü ildə kanadalı artistlər Culi Hamelayn, Jano Peynço və Daniel Kir tərəfindən yaradılıb.

Bu gün müxtəlif festivallarda çıxış edən “Cirque Eloize” bütün stereotipləri və köhnəlmiş sirk ənənələrini aradan qaldırır, tamaşaçı sevgisi qazanır, dünyanın müxtəlif guşələrində çıxış etmək üçün dəvət olunur. Sirkin repertuarında 10-dan artıq orijinal tamaşa var.

M.MÜKƏRRƏMOĞLU,

“Xalq qəzeti”

9 2018 11:33 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Ən son xəbərləri səhifəmizdən də izləyin