Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 462    Bakı şəhəri, 24 oktyabr 2018-ci il

“Azərbaycan Respublikası Fövqəladə Hallar ­Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 aprel tarixli 394 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi haqqında Əsasnamə”nin 10.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
“Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı” təsdiq edilsin (əlavə olunur).

 

Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının Baş naziri

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 24 oktyabr  tarixli 462 nömrəli qərarı ilə  təsdiq edilmişdir.

 

 

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin

strukturuna daxil olmayan tabeliyindəki qurumların

 

SİYAHISI

 

1. S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutu.

2. “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu.

3. “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutu.

4. “Azkommunlayihə” Kommunal Layihələndirmə İnstitutu.

5. “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutu.

6. Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutu.

7. Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsi.

8. Tikintidə Qiymətqoyma Mərkəzi.

9. “Sedam” Məhdud Məsuliyyətli Cəmiyyəti.

10. “Nəqliyyat Servis FH” Məhdud Məsuliyyətli Cəmiyyəti.

11. “Hidrotex” Məhdud Məsuliyyətli Cəmiyyəti.

 

 

______________________

 

 

         №-li nüsxə

 

 

 

26 Oktyabr 2018 08:00 - NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə