Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Ölkəmizdə informasiya texnologiyaları sahəsində insan resurslarının əsasını gənclər təşkil edir”

AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev  “Fairmont Baku” otelində istedadlı və yaradıcı gənclərin III Respublika toplantısı çərçivəsində gənclərlə görüşüb. Görüşdə çıxış edən akademik R.Əliquliyev ölkə rəhbərliyinin gənclər siyasətinə müvafiq olaraq keçirilən bu kimi tədbirlərin gənclər siyasətinin daha səmərəli həyata keçirilməsi, cəmiyyətin sosial-iqtisadi, mədəni-mənəvi həyatında fəal iştirak edən gənclərin innovativ potensialının üzə çıxarılması, gənc nəslin müasir informasiya-kommunikasiya texnologiyalarından (İKT) səmərəli istifadəyə təşviq edilməsi kimi hədəflərə xidmət etdiyini deyib.

www.science.gov.az saytı yazır ki, müasir dövrdə biliklər cəmiyyətinin qurulmasında gənclərin böyük rola malik olduğunu söyləyən akademik R.Əliquliyev gənclərdən ibarət biliklər iqtisadiyyatı ordusunun yaradılmasının zəruriliyini vurğulayıb. “Hazırda ölkəmizdə informasiya texnologiyaları sahəsində insan resurslarının əsasını gənclər təşkil edir”, – deyən akademik son 15 il ərzində Azərbaycanda İKT sahəsində əldə olunan nailiyyətlərin artdığını, Azərbaycanın kompüter elmləri sahəsi üzrə nəşr olunan məqalələrin sayına görə Cənubi Qafqaz ölkələri arasında ön sırada olduğunu vurğulayıb.

Daha sonra müzakirələr aparılıb. AMEA-nın akademik-katibi ölkəmizdə İKT-nin tətbiqi, elektron tullantılar, “yaşıl” texnologiyalar, proqram mühəndisliyinin tədrisi, informatikanın müxtəlif sahələrə tətbiqi ilə yaranan multidistiplinar elm sahələri və s. məsələlər ətrafında gəncləri maraqlandıran sualları cavablandırıb.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

25 Oktyabr 2018 14:04 - ELM
ELM
17 Oktyabr 2019 | 13:12
Alim və ziyalı ömrü
3 İyul 2019 | 12:29
Şəfəq ƏLİBƏYLİ-70

Köhnə versiyamızdan xəbərləri izlə