Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Pakistanlı şair Münəvvər Əhməd Milli Kitabxanada

Pakistanlı şair Münəvvər Əhməd Milli Kitabxanada

Qonağı Milli Kitabxananın direktoru, professor Kərim Tahirov qarşılamışdır. Ölkəmizə bir neçə dəfə səfər etdiyini  deyən Münəvvər Əhməd Bakını çox sevdiyini, Azərbaycan xalqının qonaqpərvərliyini xüsusi olaraq  vurğulamışdır.

Münəvvər Əhməd müəllifi olduğu uşaq şeirlərindən ibarət kitabı Milli Kitabxanaya hədiyyə etdiyini bildirmişdir. Bu dəfəki gəlişində isə Azərbaycan və Urdu dillərində ortaq işlənən sözlərdən ibarət olan “Urdu Azerbaijani common heritage” adlı yeni kitabını da Milli Kitabxanaya hədiyyə etmək istədiyini qeyd etmişdir. Kitabın Pakistanda çox sevildiyini və hər iki ölkə üzrə bu mövzuda kitab yazan ilk şəxs olduğunu bildirən müəllif onun bir nüsxəsini Milli Kitabxananın direktoru Kərim Tahirova hədiyyə etmişdir.  Kərim Tahirov qonağa öz təşəkkürün bildirmiş və bu kitabın Milli kitabxananın fondunda öz layiqli yerini tutacağını qeyd etmişdir. Direktor Kərim Tahirov həmçinin Milli Kitabxana haqqında 3 dildə çap olunmuş “Azərbaycan Milli Kitabxanası. Fotoalbom” kitabını və Bakının simvolu olan Qız Qalası suvenirini qonağa hədiyyə etmişdir.

Sonda müəllif yaxın zamanda ingilis dilində çap olunması nəzərdə tutulan yeni kitabını da Milli Kitabxanaya hədiyyə edəcəyini bildirmişdir.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

25 Oktyabr 2018 12:21 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
6 Dekabr 2019 | 12:16
İstiqlal Muzeyində tədbir

Köhnə versiyamızdan xəbərləri izlə