Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ölkəmizdə informasiya texnologiyaları sahəsində insan resurslarının əsasını gənclər təşkil edir

Bunu AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev istedadlı və yaradıcı gənclərin III Respublika toplantısında çıxışı zamanı deyib.

R.Əliquliyev ölkə rəhbərliyinin gənclər siyasətinə müvafiq olaraq keçirilən bu kimi tədbirlərin cəmiyyətin sosial-iqtisadi, mədəni-mənəvi həyatında fəal iştirak edən gənclərin innovativ potensialının üzə çıxarılması, gənc nəslin müasir informasiya-kommunikasiya texnologiyalarından (İKT) səmərəli istifadəyə təşviq edilməsi kimi hədəflərə xidmət etdiyini deyib. Alim ölkəmizdə müxtəlif sahələrdə çalışan, yaradıcı və intellektual fəaliyyətlə məşğul olan gənclərin sayının artırılmasına böyük önəm verildiyini, bu gənclərin cəmiyyətin əsas hərəkətverici qüvvəsini təşkil etdiyini bildirib.

Müasir dövrdə biliklər cəmiyyətinin qurulmasında gənclərin böyük rolu olduğunu söyləyən akademik gənclərdən ibarət biliklər iqtisadiyyatı ordusunun yaradılmasının zəruriliyini vurğulayıb. O, son 15 il ərzində ölkəmizdə İKT sahəsində əldə olunan nailiyyətlərin artdığını, kompüter elmləri üzrə nəşr olunan məqalələrin sayına görə Azərbaycanın Cənubi Qafqaz ölkələri arasında ön sırada olduğunu vurğulayıb.

Alim qeyd edib ki, ölkəmizdə informasiya təhlükəsizliyi sahəsinin önəmini nəzərə alaraq bu istiqamətdə ali məktəblərə qəbulun 7 dəfə artırılması informasiya texnologiyaları üzrə kadrların yetişdirilməsinə göstərilən diqqətin bariz nümunəsidir.

AMEA rəhbərliyi tərəfindən gənclər siyasətinə xüsusi önəm verildiyini, gənclərin inkişafı, intellektual potensialının artırılması, daha geniş miqyasda elmi və elmi-təşkilati fəaliyyətə cəlb edilməsi, ölkənin ictimai, sosial və mədəni həyatında rolunun artırılması üçün kompleks tədbirlərin görüldüyünü vurğulayan R.Əliquliyev bildirib ki, akademiyanın əsas hədəflərindən biri də gənclərin elmi və təşkilati fəaliyyətinə dəstək vermək, onları müasir dövrün tələbləri səviyyəsində yüksəkixtisaslı peşəkar kadr kimi yetişdirməkdir.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

25 Oktyabr 2018 12:14 - ELM
ELM
17 Oktyabr 2019 | 13:12
Alim və ziyalı ömrü
3 İyul 2019 | 12:29
Şəfəq ƏLİBƏYLİ-70

Köhnə versiyamızdan xəbərləri izlə