Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Romualdo Del Bianco Fondunun baş katibi ATMU-da

İtaliyanın Romualdo del Bianco Fondunun baş katibi cənab Simone Giometti Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) qonaq olub.

Baş katiblə görüşdə universitetin rektoru İlham Mədətov, beynəlxalq əlaqələr şöbəsinin əməkdaşları və “Life Beyond Tourism” proqramında ATMU-nu təmsil edən elmi ekspert Günay Qafarova iştirak etmişlər. Qarşılıqlı anlaşma şəraitində keçən görüşün əsas məqsədi tərəflər arası əməkdaşlığın inkişaf istiqamətlərinin müzakirəsi və proqramın yeni hərəkatının təqdim edilməsi olmuşdur. Görüş əsnasında milli mirasın qorunub gələcək nəsillərə ötürülməsində insan əməyinin rolu, turizm sənayesinin iqtisadi və mənəvi töhfəsi kimi məsələlərə də toxunulmuşdur.

Görüşün sonunda bildirilib ki, Romualdo de Bianco Fondu tərəfindən 2019-cu ilin mart ayında İtaliyanın Florensiya şəhərində fondun 21-ci  Baş Assambleyası çərçivəsində simpozium keçiriləcək.

ATMU-nun əməkdaşları “Sülh qurucusu kimi Miras” adlı simpoziumda elmi məqalələr və tədqiqatlar ilə çıxış etməyə dəvət olunmuşlar.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

25 Oktyabr 2018 12:06 - TƏHSİL
TƏHSİL
11 Mart 2020 | 11:39
Teledərslərə start verilir

Köhnə versiyamızdan xəbərləri izlə