Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bolqarıstanda beynəlxalq konfrans keçirilib

Azərbaycan Turizm və Menecment Universitetinin  “Mehmanxana və restoran biznesi” kafedrasının müdiri Novruz Quliyev Bolqarıstan Respublikasının Plovdiv şəhərində keçirilən “Sosial-iqtisadi regionlaşdırma: ənənələr, müasir vəziyyət və problemlər” mövzusuna həsr olunan  beynəlxalq elmi-praktik  konfransda iştirak edib. Tədbirin açılış mərasimində  Bolqarıstan Respublikası Milli Məclisin  millət vəkilləri, Plovdiv şəhərinin başçısı və universitet rektoru təbrik nitqi ilə çıxış ediblər.

Beynəlxaq elmi konfransın  keçirilməsində başlıca məqsəd əhəmiyyətli elmi-tədqiqat işlərinin  hərtərəfli müzakirəsi və ATMU-nun tədris prosesi ilə yaxından tanışlıq olub. Universitetin kafedra müdiri N.Quliyevin bildirdiyinə görə Bolqarıstan Aqrobiznes və Kənd təsərrüfatı Universiteti ilə Azərbaycan Turizm və Menecment Universiteti arasında ikitərəfli müqavilə mövcuddur. Elə bu səbəbdən universitetlərdə birgə  elmi-tədqiqat işlərinin aparılması nəzərdə tutulub.

Qeyd etmək lazımdır ki, beynəlxalq elmi-praktik  konfransda 29 ölkənin (Şri-Lanka, Polşa, Çexiya, Moldova, Almaniya, Ukrayna, Gürcüstan, Rusiya və s.)  nümayəndələri iştirak edib.

Tədbirin sonunda iştirakçılara sertifikatlar verilib. 

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

25 Oktyabr 2018 12:04 - TƏHSİL
TƏHSİL
11 Mart 2020 | 11:39
Teledərslərə start verilir

Köhnə versiyamızdan xəbərləri izlə