Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Vyetnam Sosialist Respublikasının Prezidenti zati-aliləri cənab Nquyen Fu Çonqa

Vyetnam Sosialist Respublikasının Prezidenti zati-aliləri cənab Nquyen Fu Çonqa

Hörmətli cənab Prezident!
Vyetnam Sosialist Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan ilə Vyetnam arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.
Ölkənizə səfərim zamanı Sizinlə görüşümüzü, apardığımız ətraflı fikir mübadiləsini ən xoş təəssüratlarla xatırlayıram.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Vyetnam xalqının rifahı yolunda fəaliyyətinizdə uğurlar diləyirəm.
Hörmətlə,

 

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 oktyabr 2018-ci il

24 Oktyabr 2018 23:28 - MƏKTUBLAR
MƏKTUBLAR

Köhnə versiyamızdan xəbərləri izlə