Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində səylərini bundan sonra da davam etdirəcək”

Oktyabrın 24-də ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Azərbaycana səfərinin nəticələri ilə bağlı mətbuat konfransı keçirib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidenti ilə görüşündən məmnunluğunu ifadə edən Con Bolton dövlət başçısı ilə ABŞ-Azərbaycan əməkdaşlıq əlaqələrinin müxtəlif aspektləri, dünya enerji bazarında Azərbaycanın rolu, terrorizmə, insan alverinə, narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə, insan haqları, habelə regionda cərəyan edən siyasi və iqtisadi proseslər, region ölkələri ilə münasibətlər və digər məsələlərin müzakirə olunduğunu bildirib.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə xüsusi diqqət ayrıldığını vurğulayan ABŞ rəsmisi qeyd edib ki, bu problemin həlli Birləşmiş Ştatlar üçün də mühüm əhəmiyyət kəsb edir. Qarşıdakı dövrdə Ermənistana səfər edəcəyini, məsələ ilə bağlı rəsmi Yerevanın da mövqeyi ilə tanış olacağını vurğulayan Con Bolton əlavə edib ki, ATƏT-in Minsk Qrupunun həmsədri kimi ABŞ bundan sonrakı dövrdə də münaqişənin həlli istiqamətində səylərini davam etdirəcək.

24 Oktyabr 2018 23:14 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə