Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Oğuz və İsmayıllıda AXC-nin tarixi gənclərə sənədli kadrların dili ilə çatdırıldı

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Cümhuriyyət tariximiz qürurumuzdur” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbirlər İsmayıllı və Oğuz  rayonlarında keçirilib.
Oğuz rayonu Mədəniyyət evində keçirilən tədbirdə Bilik Fondunun yerli nümayəndəsi Anar Məcidov qonaqları salamlayıb və fondun maarifləndirici layihələrindən söhbət açıb. ARB “Aranfilm” Yaradıcılıq Mərkəzinin bədii rəhbəri Tahir Əliyevin “Azərbaycan Cümhuriyyəti kadrlarda” mövzusunda mühazirəsindən sonra  mərkəzin istehsalı olan “Sarmaşıqlı məzarlar” sənədli filmi nümayiş etdirilib. 
Fondun aparıcı məsləhətçisi Ramilə Qurbanlı gənclərə “Cümhuriyyət dövründə mədəniyyət” mövzusunda məlumat verib və geniş müzakirə keçirilib.  
İsmayıllı Heydər Əliyev Mərkəzində keçirilən tədbiri RİH ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Gülnarə Mirzəliyeva açaraq Bilik Fonduna bölgələrdə mütəmadi olaraq keçirdiyi maarifləndirici tədbirlərə görə təşəkkür edib. ARB “Aranfilm” Yaradıcılıq Mərkəzinin bədii rəhbəri Tahir Əliyevin “Azərbaycan Cümhuriyyəti kadrlarda” mövzusunda mühazirəsi dinlənilib. Yerli gənclərin maraqla dinlədiyi mühazirədən sonra mərkəzin istehsalı olan “Gizli istiqlalçılar” sənədli filmi nümayiş olunub. 
Bilik Fondunun baş məsləhətçisi Nüşabə Hüseynova “Cümhuriyyət dövründə təhsil islahatları” mövzusunda məruzə edib. Məruzədən sonra filmə dair fikir mübadiləsi aparılıb.  

“Xalq qəzeti”

24 Oktyabr 2018 23:07 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə