Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dünya Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləyir

Nazirlər Kabinetinin dövlət başçısının sədrliyi ilə keçirilən 9 oktyabr tarixli iclası bir neçə cəhətdən əlamətdar oldu. Belə ki, həm 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları ilə tanış olduq, həm qarşıda duran vəzifələr müəyyənləşdirildi, həm də regiondakı son hadisələr fonunda Dağlıq Qarabağ münaqişəsinin həlli üçün göstərilən səylərin nəticələrini öyrəndik.
Prezident İlham Əliyev iclasdakı giriş nitqində qeyd etdi ki, münaqişə ilə bağlı danışıqların indiki mərhələsi ictimaiyyət üçün bəllidir. Ermənistan tərəfinin cəhdləri nəticə vermədi, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların formatı dəyişməz olaraq qalır: “Bu danışıqlar Ermənistan və Azərbaycan arasında aparılıb, aparılır və aparılmalıdır. İki ölkənin xarici işlər nazirlərinin iki görüşü bunu bir daha sübut edir. Son vaxtlar baş vermiş digər hadisələr onu göstərir ki, danışıqlar formatı dəyişməz olaraq qalır və bu münaqişə tezliklə beynəlxalq hüququn norma və prinsipləri əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır”. 
Bir vətəndaş, ziyalı, ağsaqqal kimi, məni daha çox məmnun edən məqam ondan ibarət idi ki, Prezident bu məsələyə münasibət bildirərkən, həmişəkindən daha qətiyyətli idi: “Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqların predmeti olmayıb, bu gün də deyil və heç vaxt olmayacaq. Ona görə biz bundan sonra da öz prinsipial mövqeyimizdə qalacağıq. Ümid edirəm ki, Ermənistanın yeni rəhbərliyi öz siyasətində konstruktivlik nümayiş etdirəcək və torpaqlarımız tezliklə işğalçılardan azad olunacaqdır”.
Xatırladaq ki, son zamanlar beynəlxalq ictimaiyyətin müxtəlif qütblərindən, bir-birinin ardınca gələn bəyanatlarda ifadə edilir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Bu, dövlətimizin yeritdiyi uğurlu xarici siyasətin nəticəsidir. Yəni Prezident İlham Əliyevin qəti, əzmkar və prinsipial siyasətinin nəticəsidir ki, Ermənistan–Azərbaycan münaqişəsinin həlli ilə əlaqədar beynəlxalq ictimaiyyət Azərbaycanın ədalətli və haqlı mövqeyini dəstəkləyir və bu mövqe ardıcıl surətdə daha da güclənir.

Telman HACIYEV, 
 fəlsəfə elmləri doktoru, professor

24 Oktyabr 2018 22:59 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə