Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azərbaycan xalçaları” elmi-publisistik jurnalının 27-ci sayı nəşr olunub

“Azər-İlmə” Xalçaçılıq Mərkəzinin və Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin birgə təsisçiliyi ilə nəşr olunan “Azərbaycan xalçaları” elmi-publisistik jurnalının 27-cı sayı işıq üzü görüb. 
Sənətşünaslıq və tarix ixtisasları üzrə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının elmi nəşrləri sırasında olan jurnalda rəsmi xronika, sənətşünaslıq, tarixşünaslıq, ayrı-ayrı xalq tətbiqi sahələrini əhatə edən müəllif yazıları, reportajlar, elmi məqalələr yer alıb.
Jurnalın bu sayında akademik İsa Həbibbəylinin “Naxçıvan – İslam mədəniyyətinin paytaxtı”, tarix elmləri doktoru, professor Vidadi Muradovun “Qobustan gündəliyi”, sənətşünaslıq doktoru, professor Kübra Əliyevanın “Qafqaz Albaniyasında zoomorf keramika” (AMEA Memarlıq və İncəsənət İnstitutu), iqtisad üzrə fəlsəfə doktoru Yunus Sadıqovun “Azərbaycanda yunçuluq və xalçaçılıq” (AMEA İqtisadiyyat İnstitutu), texnika elmləri üzrə fəlsəfə doktoru Cavid Bağırzadənin “Gəncə Xalça-Mahud Kombinatı” (Gəncə Dövlət Universiteti), Gülzadə Abdulovanın “Keçənin milli geyim mədəniyyətinin inkişlafında yeri” (AMEA Milli Azərbaycan Tarixi Muzeyi), texnika elmləri üzrə fəlsəfə doktoru Validə Paşayevanın “Bərdə” xalçasının kompozisiyası və transformasiyası” (Atatürk Universiteti, Türkiyə Respublikası), Sevda Məmmədovanın “Tikmə sənəti və onun özəllikləri” (Şirvanşahlar Sarayı Kompleksi), texnika elmləri üzrə fəlsəfə doktoru Ramil Ağayevin “Ərəb xilafəti dövründə Azərbaycanın hüdudları və əhalisi ibn Xəldunun təsvirində” (AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu), texnika elmləri üzrə fəlsəfə doktoru Yaşar Rəhimovun “Duzdağın 1901-1907-ci illər tarixinə dair” (AMEA Naxçıvan Bölməsi Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutu), Emiliya Əliyevanın “Xanlıqlar dövründə Azərbaycanın Xəzərsahili bölgələrində əkinçiliyin vəziyyəti” (AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu), Şöhrət İbadovun “Lənkəran şəhəri əhalisinin təsərrüfat həyatına dair (XIX-XX əsrin əvvəlləri)” (AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu), Toğrul Xəlilovun “Naxçıvanda qalaların yayılma arealı” (AMEA Naxçıvan Bölməsi Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutu) və s. kimi məqalələr yer almışdır.
Jurnalın baş redaktoru Əməkdar incəsənət xadimi, tarix elmləri doktoru, professor Vidadi Muradovdur. 
Oxucular jurnalın elektron variantı ilə http://azerilme.az/Azerbaycan-xalcalari/2018N27/ ünvanında tanış ola bilərlər. 

24 Oktyabr 2018 22:34 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə