Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 7 Bakı şəhəri, 13 yanvar 2021-ci il

Azərbaycan Respublikasının ərazi bütövlü­yü uğrunda aparılan hərbi əməliyyatlar zamanı xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçuların tibbi-sosial ekspertizası ilə bağlı bəzi məsələlər barədə

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluq­çuların tibbi-sosial ekspertizası ilə bağlı məsələlərin operativ həlli məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğ­runda aparılan hərbi əməliyyatlar (bundan sonra – hərbi əməliyyatlar) zamanı xəsarət (yaralanma, travma, kon­tuziya) almış hərbi qulluqçuların tibbi-sosial ekspertizası ilə bağlı məsələlərin operativ, vaxtında, keyfiyyətlə və mərkəzləşmiş şəkildə həllinin təmin edilməsi məqsədilə aşağıdakı tərkibdə komissiya yaradılsın:

Komissiyanın sədri

Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri

Komissiyanın üzvləri:

Azərbaycan Respublikası müdafiə nazirinin müavini

Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri

Tabeliyində hərbi-həkim komissiyaları və həkim-uçuş komissiyaları olan dövlət orqanlarının səlahiyyətli şəxsləri.

2. Komissiyaya tapşırılsın:

2.1. 2020-ci il 27 sentyabr tarixindən başlayan hərbi əməliyyatlar zamanı xəsarət (yaralanma, trav­ma, kontuziya) almış hərbi qulluqçuları birgə əyani müayinədən keçirməklə mərkəzləşdirilmiş qaydada aşağı-dakıları təmin etsin:

2.1.1. xəsarətin (yaralanmanın, travmanın, kon­tuziyanın), xəstəlik-lərin hərbi xidmətlə əlaqəsinin müəyyənləşdirilməsi ilə bağlı sənədlərin sürətlə rəsmiləşdirilməsini;

2.1.2. əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilməsini;

2.1.3. əyani müayinə keçirməklə əlilliyin qiymətləndirilməsini;

2.1.4. əlilliyi müəyyən olunmuş hərbi qulluqçu­ların reabilitasiya vasitələri ilə növbədənkənar təmin edilməsini;

2.1.5. əlilliyi müəyyən edilmiş hərbi qulluqçu­ların reabilitasiyası ilə əlaqədar zəruri tədbirlərin görülməsini;

2.2. bu Qərarın 2.1-ci bəndindən irəli gələn tədbirlərin birgə həyata keçirilməsi üçün bu Qərarın 1-ci hissəsində nəzərdə tutulan dövlət orqanlarının nümayəndələrindən, mütəxəssislərdən, o cümlədən ekspert-lərdən ibarət işçi qrupların yaradılmasını təmin etsin.

3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublika­sının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bu Qərardan irəli gələn məsələləri həll etsinlər.

Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş naziri

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə