Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident, Əziz Qardaşım.

Doğum gününüz münasibətilə Sizi ən səmimi duyğularla təbrik edir, yeni yaşınızın Sizə cansağlığı və xoşbəxtlik gətirməsini diləyirəm.

Zati-alinizin liderliyi ilə Azərbaycanın əldə etdi­yi uğurlar, bölgənin lider dövlətinə çevrilməsi və bu il Ermənistana qarşı aparılan Vətən müharibəsində Qələbə qazanaraq işğal altındakı torpaqlarını azad etməsi bizi son dərəcə məmnun etməkdədir.

Yeni yaşınızın Azərbaycan üçün xeyirli olma­sını arzulayır, Zati-alinizə uzun və sağlam ömür diləyirəm.

Fürsətdən istifadə edərək Sizi və dəyərli ailənizi Yeni il münasibətilə təbrik edir, Yeni ilin Sizlərə və qardaş Azərbaycan xalqına rifah və əmin-amanlıq gətirməsini arzulayıram.

Abdullah GÜL
Türkiyə Respublikasının 11-ci Prezidenti

14 Yanvar 2021 00:26 - MƏKTUBLAR
MƏKTUBLAR

Köhnə versiyamızdan xəbərləri izlə