Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Media sahəsində islahatlar milli mətbuatımızın inkişafına kömək edəcək

Azərbaycanda 2018-ci ilin aprelindən – Prezident İlham Əliyevin növbəti dəfə dövlət başçısı seçilməsindən sonra başlanmış islahatlar ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatın bütün sahələrində uğurla davam etməkdədir. Son təxminən iki il ərzində həyata keçirilmiş sosial islahat paketləri artıq öz bəhrələrini verməkdə, yüz minlərlə insanımızın yaşayışına birbaşa müsbət təsir göstərməkdədir. Fərəhlə qeyd etməliyik ki, hazırda davam etməkdə olan islahatlar kursu artıq ölkəmizin mediasına da gəlib çatmışdır. Bu günlərdə Prezident İlham Əliyev “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərman imzalamışdır. Hesab edirik ki, bu, çox vaxtında verilmiş qərardır və sənəd mətbuat sahəsində illərdən bəri həllini gözləyən problemlərin nzamlanmasına yaxından kömək edəcək.

Əlbəttə, Azərbaycan mətbuatı Həsən bəy Zərdabidən bəri bu günümüzə qədər çox şərəfli bir yol keçmişdir. XIX əsrin sonu-XX əsrin əvvəllərində milli media­mız böyük mütəfəkkirlər yetirmiş, “Molla Nəsrəddin” kimi mühüm bir məktəb ya­ranmışdır. Bütün sovet dövrü ərzində də Azərbaycan mətbuatı inkişafdan qalma­mış, sovet xalqları ailəsində layiqli yerini tutmağı bacarmışdır.

Elə respublikamızın müstəqillik qazandığı ilk illərdə də mətbuatımız ölkəmizin azadlığı, ərazi bütövlü­yü və suverenliyi yolunda qətiyyətlə mübarizə aparmışdır. Bu illərdə həyata keçirilmiş köklü islahatlar nəticəsində ölkədə senzura, söz və məlumat azadlığını məhdudlaşdıran digər süni maneələr aradan qaldırılmış, media­nın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası formalaşdırılmış, redaksiyaların davamlı inkişafı, onların iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin sərbəst fəaliyyətinin təmin edilməsi məqsədilə ardıcıl tədbirlər görülmüşdür. Təbii ki, bu istiqamətdə ölkəmizin o zamankı rəhbəri, ümummilli lider Heydər Əliyevin xüsusi xidmətlərini unutmaq olmaz. Məhz ulu öndərin, son­rakı illərdə isə Prezident İlham Əliyevin diqqəti nəticəsində mətbuatımız kifayət qədər inkişaf etmiş, bu istiqamətdə lazı­mi dövlət qayğısı ilə əhatə olunmuşdur.

Fərmanda qeyd edilir: “Ötən dövr ərzində Azərbaycan media­sı özünəməxsus inkişaf yolu keç­miş, ölkəmizdə və dünyada baş verən hadisələrlə bağlı cəmiyyətin məlumatlandırılması, xalqımızın haqq səsinin dünya ictimaiyyətinə çatdı­rılması istiqamətində məqsədyönlü fəaliyyət göstərmişdir. Bununla yanaşı, Azərbaycanda cəmiyyət həyatının hər bir sahəsini əhatə edən köklü islahat­ların həyata keçirildiyi, habelə bütün dünyanı əhatə edən vahid informasiya məkanında yeniliklərin intensiv xarak­ter aldığı, kommunikasiya vasitələrinin sürətlə inkişaf etdiyi, mütərəqqi texnolo­giyaların, iş metodlarının tətbiq olun­duğu müasir dövrdə media sahəsində keyfiyyət dəyişikliklərinə ehtiyac vardır. Qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinə uyğun olaraq modernləşmə, rasionallıq, qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcı trendlərin izlənilməsi və digər mühüm şərtləri özündə birləşdirən innovativ təkamülün yaratdığı imkan­lardan Azərbaycan mediasının daha çox bəhrələnməsi, onun şəffaflıq və vətəndaş məmnunluğu prinsiplərinə əsaslanan, cəmiyyətin obyektiv və peşəkar şəkildə məlumatlandırılmasına xidmət edən fəaliyyətinin stimullaşdırıl­ması üçün bu sahədə əsaslı islahatlar aparılmasına zərurət yaranmışdır”.

Bütün bunları nəzərə alaraq, Prezident İlham Əliyev Azərbaycan Respublikasın­da medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informa­siya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaş­dırılması məqsədilə Azərbaycan Res­publikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxsinin yaradılmasını qərara almış, agentliyin Nizamnaməsini təsdiq etmiş, eyni za­manda icraçı direktorunu təyin etmişdir.

Fərmanla müəyyən edilir ki, agent­liyin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi sədr və 6 (altı) üzvdən ibarət Müşahidə Şurası həyata keçirəcək. Təşkilatın fəaliyyətinə cari rəhbərliyi isə Azərbaycan Respublikası Prezidenti­nin vəzifəyə təyin və vəzifədən azad etdiyi icraçı direktor həyata keçirəcək. Agentliyin saxlanma xərcləri və fəaliyyəti dövlət büdcəsi və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdiriləcək.

Bütövlükdə, Prezidentin bunun­la bağlı fərmanını uğurlu addım kimi qiymətləndirirk. İnanırıq ki, digər sahələrdə olduğu kimi, media sahəsindəki islahatlar da özünün müsbət nəticələrini göstərəcək, mətbuatımızın qarşısında duran problemlərin həllinə kömək edəcək, jurnalistlərimizin daha səmərəli işləməsinə şərait yaradacaq.

Mədəd MƏMMƏDOV,
Azərbaycan Jurnalistlərinin Həmrəyliyi Komitəsi İctimai Birliyinin sədri

14 Yanvar 2021 00:16 - CƏMİYYƏT
CƏMİYYƏT
19 Yanvar 2021 | 00:58
Rejissor ömrünün rakursları

Köhnə versiyamızdan xəbərləri izlə