Ən son xəbərlər
2020-ci ildə Azərbaycanda sutkada orta hesabla 0,71 milyon barel təşkil edib. Bu barədə ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya İdarəsinin (EIA) yanvar ayında dərc edilmiş enerji bazarının icmalında bildirilir.
Dekabr icmalında neft və kondensat hasilatı üzrə bu göstərici 0,70 milyon barel/sutka səviyyəsində proqnozlaşdırılırdı.
EIA-nın göstəricilərinə görə, 2020-ci ilin birinci, ikinci, üçüncü və dördüncü rüblərində hasilat həcmi müvafiq olaraq sutkada 0,77, 0,70, 0,67 və 0,69 milyon barel təşkil edib.
Proqnozlara əsasən, 2021-ci ildə Azərbaycanda neft və kondensat hasilatı 0,73 milyon barel/sutka səviyyəsində gözlənilir. Bundan əvvəlki hesabatda həmin proqnoz 0,72 milyon barel/sutkaya bərabər idi.
2021-ci ildə rüblük hasilat birinci rübdə 0,70 milyon, ikinci rübdə 0,73 milyon, üçüncü rübdə 0,74 milyon, dördüncü rübdə isə 0,75 milyon marel/sutka səviyyəsində proqnozlaşdırılır.
EIA 2022-ci ildə Azərbaycanda neft və kondensat hasilatının 0,78 milyon barel/sutka olacağını proqnozlaşdırır.
2022-ci ildə rüblük hasilatın birinci rübdə 0,76 milyon, ikinci rübdə 0,79 milyon, üçüncü rübdə 0,78 milyon, dördüncü rübdə isə 0,78 milyon barel/sutka təşkil edəcəyi gözlənilir.
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə