Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda koronavirus infeksiyasından 1322 nəfər sağalıb, 474 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasından 1322 nəfər müalicə olunaraq sağalıb, 474 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 16 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 225 min 820 nəfərin koronavi­rus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 212 min 120 nəfər müalicə olunaraq sağalıb, 2957 nəfər vəfat edib. Aktiv xəstə sayı 10743 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 287 min 959 test aparılıb. Bugünkü test sayı isə 8052-dir.

“Xalq qəzeti”

14 Yanvar 2021 00:08 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə