Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Neftin qiyməti 57 dolları keçdi

Dünya bazarında “qara qızıl”ın qiyməti artmaqda davam edir. Londonun “İCE” Birjasının məlumatına görə, “Brent” markalı neftin qiyməti 1,26 faiz artaraq bir bareli 57,17 dollar olub.

Sonuncu dəfə “Brent” markalı neftin belə qiyməti ötən ilin fevralın 24-də olmuşdu. Nyu-York Əmtəə Birjasının məlumatına görə, Texas sortu adlandırılan ABŞ-ın “WTI” markalı neftinin qiyməti 0,98 faiz artaraq bir bareli 53,73 dollar olub. Sonuncu dəfə “WTI” markalı neftin bu qiyməti keçən ilin fevralın 20-də olmuşdu. Azərbaycanın “AzeriLight” markalı neftinin qiyməti 1,2 faiz artaraq bir bareli 57,10 dollar olub. Sonuncu dəfə “AzeriLight” markalı neftin belə qiyməti ötən ilin fevral ayının 25-də olmuşdu.

Ekspertlər bildiriblər ki, OPEC+ dövlətlərinin hasilatı azaltmaq barədə razılaşmaya əməl etmələri dünya bazarın­da “qara qızıl”ın qiymətinin artmasına səbəb olur. OPEC+ dövlətlərinin növbəti iclası martın 4-də keçiriləcək.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

14 Yanvar 2021 00:06 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Yanvar 2021 | 01:08
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə