Ən son xəbərlər
“Worldmeters”in yaydığı məlumata görə, yanvarın 12-də Çinin materik hissəsində COVID-19 infeksiyasına 115 təsdiqlənmiş yoluxma halı qeydə alınıb.
Bildirilir ki, ötən ilin ilin aprel ayından sonra bu rəqəm virusun ilk aşkarlandığı Çində ən çox yoluxma halıdır. Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsinin məlumatına əsasən, 107 nəfər ölkə daxilində yoluxub, habelə xaricdən gələn 8 nəfərdə də yoluxma aşkarlanıb. Ölkə daxilindəki yoluxma hallarının əsas hissəsi (90 nəfər) Pekinin ətrafındakı Hebey vilayətində qeydə alınıb. Hazırda həmin vilayətin 2 şəhərində tam qapanma rejimi tətbiq olunur. Ölkədə 115 yoluxma ilə yanaşı 38 asimptomatik hal da qeydə alınıb. Yanvarın ilk günlərindən aşkarlanan 556 simptomsuz yoluxanlar həkim nəzarəti altındadır.
Qeyd edək ki, yanvarın ilk günlərindən yoluxma hallarının çoxalması səbəbindən Çinin Hebey vilayətinin paytaxtı Şıciacuan şəhərində, ardınca isə vilayətin Sintay şəhərində tam qapanma elan edilib. Bundan başqa, digər vilayətlərdə və paytaxt Pekində bəzi yaşayış rayonları aşağı, orta və ya yüksək riskli zonalar elan olunub. Ekspertlər Çinin COVID-19 pandemiyasının ikinci dalğası ilə üz-üzə olduğunu bildirirlər. Paralel olaraq Çində risk qrupundan olan əhalinin yeni növ koronavirusa qarşı vaksinasiyası davam etdirilir. İndiyədək 9 milyondan çox adam peyvənd olunub.
Mahmud QƏRİBOV, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə