Ən son xəbərlər
İngiltərənin “Arsenal” klubu müdafiəçisi Rob Holdinqlə müqavilənin müddətini uzadıb.
Məlumata görə, 25 yaşlı müdafiəçi ilə müddəti 2024-cü ilin yayına qədər olan yeni müqavilə imzalanıb.
Qeyd edək ki, karyerasına “Bolton”da başlayan ingilis futbolçu 2016-cı ildən London klubunda çıxış edir. O, London klubunda 96 rəsmi matçda meydana çıxıb və 2 qol vurub. Holdinq bu mövsüm “topçular”ın heyətində 18 matça çıxıb.
Xəbəri “goal.com” yayıb.
Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə