Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hökumət istefa verib

Küveytin baş naziri Sabah əl-Xaled əs- Sabah yanvarın 13-də hökumətin istefası ilə bağlı müraciəti əmirə təqdim edib. Bildirilib ki, Küveytin əmiri Navaf əl-Əhməd əl-Caber əs- Sabah yanvarın 13-də hökumətlə birlikdə baş nazirin istefasını qəbul edib.

Məlumata görə, istefaya səbəb Nazirlər Kabineti ilə parlament arasındakı fikir ayrılığı göstərilir.

Qeyd edək ki, Sabah Xaled əl-Xamadın başçılığı ilə Küveytin yeni hökuməti 2020-ci il dekabrın 14-də ölkədə keçirilən parlament seçkilərindən sonra formalaşdırılır.

Xəbəri BBC yayıb.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

13 Yanvar 2021 23:59 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə