Ən son xəbərlər
İndoneziyada koronavirus peyvəndinin tətbiqinə start verilib. Bildirilir ki, ilk vaksin Prezident Coko Vidodoya vurulub. Məlumata görə, dövlət başçısına Çin istehsalı olan “Sinovac” peyvəndi Cakartadakı Prezident Sarayında tətbiq olunub. “Çin istehsalı olan peyvənd vurdurdum. İndoneziya Qida və Dərman Nəzarəti Agentliyinin (BPOM) qiymətləndirməsinə görə, onun effektivliyi 65,3 faizdir. “COVID -19” peyvəndinin ən qısa müddətdə ölkə daxilində tətbiqi əmrini verdim”, - deyə Prezident bildirib.
Bildirilir ki, Vidododan sonra səhiyyə naziri Budi Günadi Sadikin də peyvəndləmədə iştirak edib.
Xəbəri TASS yayıb.
Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə