Ən son xəbərlər
“Las Vegas Sands”ın qurucusu, dünyanın ən zəngin adamlarından biri olan Şeldon Adelson vəfat edib. “Forbes” jurnalı Ş.Adelsonun sərvətinin 30 milyard dollardan çox olduğunu yazırdı.
Bildirilir ki, 87 yaşlı Ş.Adelson qan xərçəngindən əziyyət çəkirdi. O, həmçinin Donald Trampa dəstək verən tanınmış iş adamlarından biri sayılırdı.
Xəbəri CNN yayıb.
Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə