Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Can verməyə getmişdik, Vətən ayağımızı aldı...”

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Vətən müharibəsinin qazisi, leytenant Abbas Yusifov və onun xanımı ilə görüşüb. Qazi zabiti düşmən üzərində tarixi zəfər və bugünlərdə ailə həyatı qurması münasibəti ilə ürəkdən təbrik edən Q.Paşayeva, ona möhkəm can sağlığı, ilk günlərini yaşadığımız yeni ildə yeni uğurlar diləyib. Komitə sədri A.Yusifova deyib:

“Siz uşaqlıqdan hərb sənətinə maraq göstərmisiniz. Ermənistanın vəhşiliyini, müharibə kadrlarını yalnız televiziyalarda görməmiş, eləcə də, doğulduğunuz Qazax rayonunda baş verən atışmalarda da biləvasitə şahidi olmusunuz.

Siz Vətən müharibəsində Tərtərdə, Suqovuşanda döyüşmüsünüz, sentyabrın 30 – da isə düşmənin basdırdığı minaya düşərək ayağınızdan ağır xəsarət almısız. Sizin “Biz döyüşlərə canımızı verməyə getmişdik, amma Vətən ayağımızı aldı” sözləriniz məşhurdur.

Cənab Prezident Sizi 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib. Siz müharibə dövründə nişanlı idiniz. Artıq öz vəfalı nişanlınızla ailə həyatı qurmusunuz.

Sizi bir daha təbrik edir, gözəl xanımınızla birgə xoşbəxtlik arzulaylram”!

Q.Paşayeva qaziyə Mədəniyyət komitəsi adından Təbrik Məktubu təqdim edib.  Qazi və onun xanımı səmimi görüş üçün Komitə sədrinə təşəkkür edib.

Görüşdə “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova da iştirak edib.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

13 Yanvar 2021 14:42 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə