Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Aşağı Şurtan kəndinin videogörüntülərini paylaşıb

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi işğaldan azad edilmiş Kəlbəcər rayonunun Aşağı Şurtan kəndinin videogörüntülərini yayıb.

Tərtər çayının sahilində, Dəlidağın ətəyindəki bu kənd Şurtançayın Aşağı axarında yerləşdiyi üçün belə adlandırılıb. Aşağı Şurtan kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. İkinci Qarabağ müharibəsində ordumuzun Şanlı Qələbəsindən sonra Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri tərəfindən ötən il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verilib.

13 Yanvar 2021 09:19 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə