Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Pakistan XİN: Azərbaycan Cənubi Qafqaz regionunun əsas ölkəsidir və Pakistanın əzəli dostu və tərəfdaşıdır

Pakistan və Azərbaycanın xarici işlər nazirləri neft-qaz, kənd təsərrüfatı, dəmir yolları və təhsil sahələrində əməkdaşlıq imkanlarının genişləndirilməsini müzakirə edəcəklər.

Bu barədə Pakistan Xarici İşlər Nazirliyinin  mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.

“Pakistanın xarici işlər naziri Mahmud Qureyşinin dəvəti ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 13-14 yanvar 2021-ci il tarixində İslamabadda səfərdə olacaq. Bu, 2010-cu ildən bəri xarici işlər naziri səviyyəsində Azərbaycandan ilk səfər olacaq. İki xarici işlər naziri nümayəndə heyətləri səviyyəsində danışıqlar aparacaq və ikitərəfli münasibətlərin bütün spektrini nəzərdən keçirəcəklər. Yeni ilin başlanğıcında reallaşacaq bu səfər müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi yollarını və vasitələrini araşdırmaq imkanı verəcək”, - deyə qeyd olunub.

Bildirilib ki, XİN başçıları neft-qaz, kənd təsərrüfatı, dəmir yolları və təhsil sahələrində əməkdaşlıq imkanlarının genişləndirilməsini müzakirə edəcəklər: “Azərbaycan Cənubi Qafqaz regionunun əsas ölkəsidir və Pakistanın əzəli dostu və tərəfdaşıdır. İki ölkə ortaq tarixi, dini və mədəni əlaqələrə dayanan nümunəvi əlaqə ilə bir-birinə bağlıdır. Hər iki ölkə regional və beynəlxalq forumlarda qarşılıqlı maraq doğuran məsələlərdə yaxından əməkdaşlıq edir. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının Cammu və Kəşmir üzrə Əlaqə Qrupunun üzvü kimi Kəşmir xalqının haqlı və qanuni işinə əzmlə dəstək verir”.

Məlumatda o da bildirilib ki, nazir Ceyhun Bayramov bir sıra yüksək səviyyəli şəxslərlə görüşəcək.

Qeyd edək ki, sabah İslamabadda Pakistan, Türkiyə və Azərbaycan XİN başçılarının görüşü keçiriləcək.

12 Yanvar 2021 17:25 - SİYASƏT
SİYASƏT
16 Yanvar 2021 | 04:09
Böyük qələbə

Köhnə versiyamızdan xəbərləri izlə