Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rusiya FHN Qarabağ Regional Mərkəzinə 15 mobil konteyner göndərib

Formalaşmış ikitərəfli sıx əməkdaşlıq münasibətləri çərçivəsində Rusiya Federasiyasının Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə (FHN) səhra şəraitində istifadə üçün nəzərdə tutulan 15 ədəd mobil konteyner göndərilib.
Azərbaycan FHN-dən verilən məlumata görə, nazirliyin Qarabağ Regional Mərkəzinə çatdırılmış konteynerlərdən 10 ədədi yaşayış, 5 ədədi isə ofis kimi istifadə üçün nəzərdə tutulub. Konteynerlərdə yaşayış və iş fəaliyyəti üçün müvafiq şərait yaradılıb.

12 Yanvar 2021 11:01 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə