Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Paşinyanın baş nazir postuna namizədliyi qəbul edilmədi

Paşinyanın baş nazir postuna namizədliyi qəbul edilmədi

Ermənistan parlamenti bu gün keçirilən xüsusi iclasında baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın hökumət başçısı postuna seçilməsinə razlıq verməyib.

İclasda onun namizədliyini heç bir deputat dəstəkləməyib. Belə ki, 11 nəfər bitərəf qalıb, 1 nəfər əleyhinə səs verib. Əslində bu səsvermə Ermənistan konstitusiyasına uyğun olaraq,  parlamentin buraxılması barədə qərar qəbul olunmasını tımin etmək məqsədilə keçirilirdi.

Daha öncədən qeyd edilmişdi ki, parlamentdə keçiriləcək səsvermə zamanı o, baş nazir seçilməyəcəyi təqdirdə parlament buraxılacaq. Konstitusiyaya əsasən yeni seçki parlamentın buraxılmasından sonra 30 gündən tez, 45 gündən gec olmayaraq keçirilməlidir. Növbəti seçkilərin vaxtı ölkə prezidenti tərəfindən elan olunacaq.

Qeyd edək ki, Paşinyanın baş nazir vəzifəsinə namizədliyi "Yelk" partiyası tərəfindən irəli sürülüb.

 

“Xalq qəzeti”

24 Oktyabr 2018 17:03 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə