Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Misirdə Emil Rəhimovun kitabının təqdimatı olub

Misirdə Emil Rəhimovun kitabının təqdimatı olub

Azərbaycanın Misirdəki səfirliyində fəlsəfə üzrə fəlsəfə doktoru Emil Rəhimovun ərəb dilində qələmə aldığı “Azərbaycan: Müsəlman Şərqində ilk demokratik respublika” adlı kitabının təqdimatı keçirilib.

"Qafqazinfo" xəbər verir ki, müəllif sözügedən kitabın ərsəyə gəlməsində  Xarici işlər naziri Elmar Məmmədyarova, XİN-in Beynəlxalq İnkişafa Yardım Agentliyinə (AİDA), AR-ın Misirdəki səfiri Tural Rzayevə dərin təşəkkürünü bildirərək, Azərbaycanın son yüz ildə keçdiyi tarixi-siyasi mərhələlərə, kitabın əhatə etdiyi mövzulara toxunub, bu il Azərbaycanda Respublikanın qurulmasının 100 illiyinin təntələli şəkildə qeyd edildiyini bildirib.

Kitabın təqdimatında Misirin ictimai-siyasi xadimləri, iş adamları, dostluq qrupunun üzvləri, kütləvi informasiya vasitələri və diaspora iştirak edib.

Azərbaycanın Misirdəki səfiri Tural Rzayev, “Vətənpərvər”-Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov, Misirin Helvan universitetinin doktoru Adil Dərviş, Misirin “Əl-Hivar: Siyasi araşdırmalar və Mediya” mərkəzinin müdiri doktor Əhmət Tahir, “20 yanvar” kitabının müəllifi tədqiqatçı, jurnalist Məhəmməd Sələmə çıxış edərək, “Azərbaycan: Müsəlman Şərqində ilk demokratik Respublika” adlı kitabın əhəmiyyətinə və ərəb oxucularının marağına səbəb olduğunu bildirib, kitab haqqında təəssüratlarını paylaşıblar.

Qeyd edək ki, “Azərbaycan: Müsəlman Şərqində ilk demokratik respublika” adlı kitabın birinci çapı (beş yüz nüsxə) cari ilin may ayında AİDA-nın dəstəyi ilə Şərq-Qərb mətbəəsində çapdan çıxmış, lakin qısa müddət ərzində bitib.Ərəb oxucuların marağına səbəb olan kitabın təkrar çapı AR-ın Misirdəki səfirliyi tərəfindən Misir mətbəəsində yenidən çap edilib.

Tədbir Misirin “Qahirə-1” xəbərlər kanalı, “Qahirə” kanalında işıqlandırılmış, həmçinin Misirin geniş oxucu kütləsinə malik və nüfuzlu qəzetlərindən olan “Əl-Masry Əl-Yaum”, “Əl-Şuruq”, “Axbar Əl-Yaum”, “Asiya Əl-Yaum” Xəbərlər Agentliyində, “Embassy-news”, “Egytnews” və sair yerlərdə geniş şəkildə dərc edilib.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

24 Oktyabr 2018 12:08 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
9 Sentyabr 2019 | 11:10
Qarabağ mövzusunda yeni film
7 Sentyabr 2019 | 15:58
"Muğam dünyasına səyahət"
4 Sentyabr 2019 | 15:05
Maraqlı tədbir

Köhnə versiyamızdan xəbərləri izlə