Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Lənkəranda konfrans keçiriləcək

 Lənkəranda konfrans keçiriləcək

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Masallı filialının 10-illiyinə həsr olunan “Azərbaycan Respublikasının Regionlarında Oftalmoloqların Təcrübəsində İnnovasiya Texnologiyaları” mövzusunda Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin 6-cı regional konfransı keçiriləcək.

Oktyabrın 26-da Azərbaycan Respublikası Səhiyyə Nazirliyi,  Akademik Zərifə Əliyeva adna Milli Oftalmologiya Mərkəzi  və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin təşəbbüsü ilə Lənkəran şəhərində “Azərbaycan Respublikasının Regionlarında Oftalmoloqların Təcrübəsində İnnovasiya Texnologiyaları” mövzusunda 6-cı regional konfransı olacaq. Qeyd edək ki, konfrans Milli Oftalmologiya Mərkəzinin Masallı filialının 10-illiyinə həsr olunur. Konfransın məqsədi oftalmologiya sahəsində baş verən yenilikləri, nailiyyətləri araşdırmaq, təkliflər vermək, oftalmologiya sahəsində baş verən ən son yeniliklərdə region həkimlərinin iştirakını təmin etmək və onların da bu yeniliklərdən istifadə etməsinə dəstək olmaqdır. Konfransda region və mərkəzin həkim heyəti iştirak edəcək və öz məruzələri ilə çıxış edəcəklər.

 Konfransda  “Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin respublikanın  müxtəlif regionlarında oftalmolojı yardımın təşkilinə dair tədbirlər, nəticələr”, “Qlaukomanın lazer müalicəsinin əsas məqamları”, “Bizim təcrübəmizdə uşaq və yeniyetmələrdə miopiyanın proqressivləşməsində atropinin effektivliyi” və s. mövzuları ətrafında məsələlər müzakirə ediləcək.  

Ölkə başçısının əsas diqqət yetirdiyi sahələrdən olan səhiyyədə, xüsusilə də oftalmologiya sahəsində bir çox yeniliklərə imza atılıb. Ölkəyə dəvət edilən peşəkar oftalmoloqlarla aparılan müzakirələrdə, regionlarda keçirlən konfranslarda əsas niyyət oftalmologiyanın beynəlxalq standartlara çatdırılmasıdır. Milli Oftalmologiya Mərkəzinin Masallı filialı  və digərləri ən son texnoloji avadanlıqlarla təchiz olunub.  Klinikada təcrübəli və xaricdə ixtisas keçmiş  həkim-oftalmoloqlar bütün göz xəstəliklərinin müayinə və müalicəsi, eləcə də əməliyyatı ilə məşğul olur. Eləcə də mərkəz  pasientlərə regionlarda səyyar xidmət göstərir.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

23 Oktyabr 2018 15:13 - SƏHİYYƏ
SƏHİYYƏ
25 Oktyabr 2019 | 16:40
Həkimlərimizi tanıyın

Köhnə versiyamızdan xəbərləri izlə