Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Nazir Mikayıl Müşfiqə aid olduğu ehtimal olunan qalıqlarla bağlı iddialara münasibət bildirib

Nazir Mikayıl Müşfiqə aid olduğu ehtimal olunan qalıqlarla bağlı iddialara münasibət bildirib

İstedadlı və yaradıcı gənclərin III Respublika toplantısının açılış mərasimində Mədəniyyət naziri Əbülfəs Qarayev jurnalistlərin suallarını cavablandırıb. Nazir Qaradağ rayonunun Buta qəsəbəsində Mikayıl Müşfiqə aid olduğu ehtimal olunan qalıqlarla bağlı iddialara münasibət bildirib. Əbülfəs Qarayev iddialarla bağlı məsələyə baxıldığını qeyd edib.

Nazir qeyd etdi  ki, təsdiq olunmamış məlumatlara istinad etmək lazım deyil: "M.Müşfiqin adı Azərbaycan üçün müqəddəsdir. O, Azərbaycan ədəbiyyatı tarixində böyük iz qoymuş şəxsiyyətdir. Azərbaycan dövləti ona hörmətlə yanaşır. Prezidentin müvafiq sərəncamı ilə bu il onun yubileyi keçirilir. Artıq bu tədbirlərin icrasına başlanılıb. Hazırda Mikayıl Müşfiq adına muzeyin yenidən qurulması ilə bağlı işlər gedir. O heç vaxt dövlət və ictimaiyyət tərəfindən unudulmayıb və bundan sonra da unudulmayacaq".

Onun məzarının harada olmasına gəlincə, nazir bildirib ki, hər zaman bu barədə müxtəlif fikirlər səsləndirilib: "Hələ 10 il bundan əvvəl onun tamamilə başqa yerdə dünyasını dəyişməsi ilə bağlı məlumatlar gəlmişdi. Məlumatlar gəldikdən sonra Azərbaycan Milli Elmlər Akademiyası və digər aidiyyəti qurumlarla araşdırmalar aparacağıq. Qəbirstanlıqdakı qalıqların kimə aid olması dəqiqləşdikdən sonra bu məsələ barədə danışmaq olar. O vaxta qədər isə M.Müşfiqin qəbrinin harada olması ilə bağlı danışmaq tezdir. Ona görə də məsələyə həssas yanaşılmasını tövsiyə edirəm".

Qeyd edək  ki, bu iddiaları rusiyalı milyarder Fərhad Əhmədov irəli sürüb.

 

“Xalq qəzeti”

23 Oktyabr 2018 14:48 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə