Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

"Biocoğrafiyanın aktual məsələləri" mövzusunda beynəlxalq konfrans keçirilib

Rusiyanın Sankt-Peterburq Dövlət Universitetində "Biocoğrafiyanın aktual məsələləri" mövzusunda beynəlxalq konfrans keçirilib. Sankt-Peterburq Dövlət Universitetinin Botaniki Coğrafiya kafedrasının yaradılmasının 100 illiyinə həsr olunan konfransda müasir tədqiqatlar və gələcək elmi istiqamətlərin müzakirəsi aparılıb. Proqram çərçivəsində bitki örtüyünün müasir tədqiqi, xüsusilə məsafədən zondlama üsullarının tətbiqi məsələlərinə xüsusi yer ayrılıb.

www.science.gov.az saytı yazır ki, 90-a yaxın alimin iştirak etdiyi tədbirdə ölkəmizi AMEA-nın Mərkəzi Nəbatat Bağının direktoru, biologiya üzrə fəlsəfə doktoru Vahid Fərzəliyev təmsil edib. Alim konfransda “İntroduksiya şəraitində oduncaqlı bitkilərin toxumlarının coğrafi keyfiyyət dəyişkənliyi” mövzusunda məruzə ilə çıxış edib. O, məruzəsində aparılan müqayisəli rentgenoqrafik tədqiqatlar nəticəsində öyrənilən oduncaqlı bitkilərin təbii arealında və introduksiya şəraitində toxumların coğrafi keyfiyyət dəyişkənlikləri haqqında məlumatları təqdim edib.

Məruzə tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb və suallar cavablandırılıb.

Səfər çərçivəsində V.Fərzəliyev Sankt-Peterburq Botanika Bağını ziyarət edib, burada yeni yaradılmış canlı bitki kolleksiyaları ilə yaxından tanış olub.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti"

23 Oktyabr 2018 13:15 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə