Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AMEA və "Caspian European Club" təşkilatı birgə biznes forum keçirəcək

AMEA və

Noyabrın 1-də AMEA və "Caspian European Club" təşkilatı birgə biznes forum keçirəcək. www.science.gov.az saytı yazır ki, tədbirin təşkilində məqsəd elm və biznes arasında dialoqun genişləndirilməsidir.

Biznes foruma AMEA-nın prezidenti, akademik Akif Əlizadə sədrlik edəcək. Alim forum iştirakçılarını maraqlandıran sualları cavablandıracaq, rəhbərlik etdiyi elm ocağının fəaliyyəti, AMEA-nın Yüksək Texnologiyalar Parkının nailiyyətləri barədə ətraflı məlumat verəcək.

Tədbirdə "Caspian European Club" təşkilatının saytında qeydiyyatdan keçmiş beynəlxalq təşkilatların, diplomatik korpusun, dövlət və özəl şirkətlərin rəhbərləri və nümayəndələri iştirak edəcəklər.

Qeydiyyat üçün link: http://caspianenergy.org/index.php/az/registration/item/

Biznes forum saat 15:00-da Holiday İnn otelində keçiriləcək.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

23 Oktyabr 2018 13:11 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə