Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Türkologiya” jurnalının üçüncü nömrəsi çapdan çıxıb

 “Türkologiya” jurnalının üçüncü nömrəsi çapdan çıxıb

AMEA Rəyasət Heyətinin təsisçisi olduğu “Türkologiya” jurnalının üçüncü nömrəsi çapdan çıxıb. Jurnalın bu sayında Azərbaycan, Türkiyə, Rusiya, Almaniya, Özbəkistan, İraq və Qazaxıstan alimlərinin Azərbaycan, rus, ingilis və türk dillərində məqalələri yer alıb.

www.science.gov.az saytı yazır ki, AMEA-nın Rəyasət Heyətinin qərarı ilə artıq daha geniş istiqamətləri ehtiva edən beynəlxalq elmi jurnalda “Türkoloji irs”, “Dilçilik”, “Ədəbiyyat və folklor”, “Yazılı abidələr”, “Müzakirə və diskussiya” rubrikalarında yer alan elmi-nəzəri məqalələr, eləcə də “Türkoloji mərkəzlər”, “Redaksiyaya məktub”, “Resenziya”, “Elmi həyat”, “Personalia” rubrikalarında toplanan yazılar oxucular tərəfindən maraqla qarşılanacaq.

“Türkologiya” jurnalı ildə 4 dəfə olmaqla 3 aydan bir nəşr edilir. Jurnalın növbəti nömrələri üçün məqalə qəbulu davam edir.

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti” 

23 Oktyabr 2018 13:04 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə