Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ağstafa: rayon rəhbəri bazara gedirsə...

Ağstafa: rayon rəhbəri bazara gedirsə...

Əslində burada qeyri-adi heç nə yoxdur. Rayonun rəhbəri digər alıcılar kimi bazara da gedə bilər, mağazadan da nəsə alar, hətta taksiyə də minər. Lakin burada diqqətçəkən məqam rayon icra hakimiyyəti başçısının xidmət sahəsində vəziyyətlə maraqlanması, əhalinin hər gün təmasda olduğu sahədə alıcı-satıcı münasibətlərini, qiymətlərin və xidmətin səviyyəsini öyrənməsidir. Bir məsələni qeyd edək ki, icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev özü təbiətən sözün yaxşı mənasında «narahat adam»dır. Ağstafada işlədiyi illərdə bunu artıq sübut edib. Kabineti sevmir, demək olar ki, hər gün rayonun kənd və qəsəbələrindədir. Şəhərin elə küçəsi yoxdur ki, ora bir neçə dəfə baş çəkməsin, adamları dinləməsin, onların arzu və təkliflərini nəzərə almasın. Bax elə ona görə də getdiyi yerlərdə, səyyar qəbullarda onu hörmətlə qarşılayırlar. Deyirlər ki, indiyədək hansı məsələni qaldırmışıq, onu həll etmisiniz, səsimizə səs vermisiniz. Rayon rəhbərinin də hər dəfə onlara bir sözü olur: "Mən sadəcə icraçıyam. Bu rayonda nə iş görülürsə cənab Prezidentin tapşırığı, diqqəti və qayğısı, dəstəyi sayəsində həyatab keçirilir..."

Bu günlərdə icra hakimiyyətinin başçısı şəhərin mərkəzi bazarına baş çəkərkən yenə eyni mövzuda söhbət təkrar olundu. Məhərrəm Quliyev rayonun bir sıra rəhbər şəxsləri ilə birlikdə bazarda  vətəndaşlara göstərilən xidmətlərlə maraqlandı. Satıcılar alıcılıq qabiliyyətinin yüksəldiyini nəzərə alaraq daha çox məhsulun bazara çıxarıldığını qeyd etdilər. Qiymətlərlə və məhsulların keyfiyyəti ilə tanış olan icra hakimiyyətinin başçısı bazarda sanitar-gigiyenik qaydalara da tam əməl olunması üçün  öz tövsiyələrini bildirdi, konkret  tapşırıqlarını verdi.

 

Hamlet Qasımov,
"Xalq qəzeti"nin bölgə müxbiri

23 Oktyabr 2018 12:40 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə