Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yapon mobil rabitə operatorları 5G şəbəkə əsasında xidmətlər təklif etməyə hazırlaşır

Yapon mobil rabitə operatorları 5G şəbəkə əsasında xidmətlər təklif etməyə hazırlaşır

NUHÇIXAN NHK telekanalına istinadla xəbər verir ki, Yaponiyanın “NTT Docomo”, “KDDI” və “Softbank” kimi böyük şirkətləri gələn ildən başlayaraq bu texnologiyanı sınaqlar şəklində tətbiq etməyi planlaşdırırlar.

5G texnologiyaları digər müasir texnologiyalarla müqayisədə təqribən 10 dəfə güclüdür və bu, məlumatların daha tez ötürülməsinə şərait yaradacaq.

Bu üç şirkət 5G şəbəkəsini böyük idman və digər tədbirlərin keçiriləcəyi yerlərdə tətbiq etməyi nəzərdə tutur. Həmin şəbəkədən istifadə tamaşaçılara daha yüksək dəqiqliyə malik görüntülər əldə etmək imkanı yaradaraq, tamaşaçı təəssüratını daha da gücləndirəcək.

 

İsaq Əmənullayev,
“Xalq qəzeti”

23 Oktyabr 2018 12:37 - TEXNİKA
TEXNİKA
8 Noyabr 2018 | 19:21
Maye robot hazırlanıb
8 Noyabr 2018 | 19:01
Ən ucuz noutbuk təqdim edilib
22 Oktyabr 2018 | 11:59
Qorbaçov Trampı tənqid etdi

Ən son xəbərləri səhifəmizdən də izləyin