Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Ana” pyesinin səhnə həyatı maraqla qarşılanıb

“Ana” pyesinin səhnə həyatı maraqla qarşılanıb

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında böyük dramaturq Hüseyn Cavidin “Ana” pyesi əsasında hazırlanan eyniadlı səhnə əsəri tamaşaçılara təqdim olunub.

Tamaşa ana rolunun ifaçısı, Əməkdar artist Nübar Novruzovanın 60 illik yubileyinə həsr edilib. Tamaşanın təqdimatından əvvəl aktrisanın həyat və yaradıcılığına həsr edilmiş videoçarx nümayiş olunub.

Səhnə əsərinin quruluşçu rejissoru, Azərbaycan və Kalmıkiyanın Əməkdar incəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssamı Telman Şıxıyev, musiqi tərtibatçısı Zaur Rəşidov, rejissor assistenti isə Sevda Hacışəmiyevadır.

Teatrın istedadlı aktrisası, Əməkdar artist Nübar Novruzovanın benefis-tamaşası olan səhnə əsərində rolları Əməkdar artist Elnur Kərimov, aktyorlar İradə Rəşidova, Vahid Orucoğlu, Manaf Dadaşov, Ramiq Nəsirov, Elnur Şıxəliyev, Ramil Məmmədov, Simuzər Ağakişiyeva və Aydın Dəmirov ifa ediblər.

Böyük dramaturq H.Cavidin “Ana” əsəri azərbaycanca yazılmış ilk mənzum dram sayılır. Şair-dramaturq həmin səhnə əsərini 1910-cu ildə tamamlayıb. Dramın qəhrəmanı Səlma ana obrazının timsalında mərdlik, mənəvi nəciblik, insani sədaqət duyğuları tərənnüm olunur. Humanist ideyaların carçısı olan ananın qəlbi sanki mərhəmətdən, insanpərvərlikdən yoğurulub. O, hətta oğlunun qatilini belə bağışlaya biləcək qədər geniş ürəyə malikdir.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

23 Oktyabr 2018 11:59 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
28 Oktyabr 2019 | 12:20
"Ölən dünyanın yaddaşı”

Köhnə versiyamızdan xəbərləri izlə