Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sarkisyanın partiyasından Paşinyana zərbə

Sarkisyanın partiyasından Paşinyana zərbə

Ermənistanın baş naziri Nikol Paşinyan oktyabrın 22-də ölkənin müddətini başa çatdırmaqda olan parlamentini təxribatda ittiham edib. Buna səbəb parlamentin ölkənin Seçki Məcəlləsinə əsas düzəlişləri qəbul etməməsi olub. Bu düzəlişlər Paşinyanın hökuməti tərəfindən təklif edilmişdi və biri Milli Məclisdə mandatların bölüşdürülməsi mexaniziminin tənzimlənməsinə aiddir.

Tənqidçilər deyirlər ki, hazırkı bölgü sistemi 2017-ci ilin aprelində keçirilmiş seçki zamanı keçmiş baş nazir Serj Sarkisyanın hakim Respublikaçı Partiyası üçün əlverişli olub.

Ermənistan Konstitusiyasına görə Seçki Məcəlləsinə hər hansı düzəlişin qəbul edilməsi üçün 105 mandatlıq parlamentin azı 63 üzvünün leyhinə səs verməsi lazımdır. Məhz bu yalnız 53 deputatın hökumətin layihəsinə səs verməsinə səbəb olub. Təklif faktiki olaraq hakim partiyanın millət vəkilləri tərəfindən bloklanıb.

Paşinyan parlament çoxluğunu onun kabinetinə qarşı təxribatda ittiham edir: “Onlar ümid edirlər ki, bu yolla yeni parlament seçkisini revanş alətinə çevirəcəklər. Lakin mən açıq şəkildə bildirirəm ki, seçki hətta mövcud Seçki Məcəlləsi ilə keçirilsə də heç nə dəyişməyəcək, çünki xalqın qələbəsi qaçılmazdır və heç kim tərəfindən oğurlana bilməz”.

Paşinyan bəyan edib ki, keçmişə dönüş yoxdur. O tərəfdarlarını Ermənistanda tam bir rejim dəyişikliyinə çağırıb.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

23 Oktyabr 2018 11:53 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə