Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əmək qanunvericiliyinin tətbiqi ilə bağlı daha üç rayonda maarifləndirmə tədbirləri keçirilib

Əmək qanunvericiliyinin tətbiqi ilə bağlı daha üç rayonda maarifləndirmə tədbirləri keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti əmək qanunvericiliyinin tətbiqi ilə bağlı işəgötürənlər arasında məlumatlandırma və təbliğat məqsədilə İmişli, Bərdə və Zaqatala rayonlarında seminarlar keçirib.

İmişli rayonunda “İşçilərin və iş yerlərinin attestasiyasının keçirilməsini tənzimləyən hüquq normaları”, Bərdə rayonunda “Əmək haqqının ödənilməsinin formaları, qaydaları və əmək haqqından tutulmalar” və Zaqatala rayonunda “Əmək müqaviləsinin bağlanması, şərtlərinin dəyişdirilməsi və xitam verilməsinin əsasları və qaydaları” mövzularında işəgötürənlərə məlumatlar verilib. Ümumilikdə 12 rayonun (İmişli, Sabirabad, Saatlı, Beyləqan, Fizuli, Bərdə, Ağcabədi, Tərtər, Ağdam, Zaqatala, Qax, Balakən) ayrı-ayrı işəgötürənlərinin iştirakı ilə keçirilən tədbirlərdə iştirakçıların müvafiq mövzularda sualları cavablandırılıb.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, tədbirlərdə həmçinin “Xidmət iqtisadi fəaliyyət sahəsində qeyri-rəsmi məşğulluğun qarşısının alınması” mövzusundan geniş bəhs olunub. Əmək münasibətlərinin rəsmiləşdirilməməsi kimi ciddi qanun pozuntularına bir sıra hallarda xidmət iqtisadi fəaliyyət sahəsində də rast gəlindiyi qeyd olunub.

Toplantılarda həmçinin, qeyri-formal məşğulluğun mənfi nəticələri və əmək münasibətlərinin əmək müqaviləsi əsasında qurulmasının mühüm sosial-iqtisadi faydaları diqqətə çatdırılıb.  İşəgötürənlərin bu məsələyə diqqəti artırmalarının, qeyri-formal məşğulluğun qarşısının alınmasında fəal iştirak etmələrinin vacibliyi vurğulanıb.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

23 Oktyabr 2018 11:39 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə