Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Nazir: Qars-İqdır-Naxçıvan dəmir yolu layihəsi hazırlanma mərhələsindədir

Nazir: Qars-İqdır-Naxçıvan dəmir yolu layihəsi hazırlanma mərhələsindədir

Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsi hazırlanma mərhələsindədir. Bunu Trend-ə özəl müsahibəsində Türkiyənin nəqliyyat və infrastruktur naziri Mehmet Cahit Turhan deyib.

Mehmet Cahit Turhan qeyd edib ki, hazırda layihələndirmə, eləcə də dəmir yolunun inşası üçün tenderə hazırlıq işləri aparılır: "Məlum olduğu kimi, Qars-İqdır-Naxçıvan dəmir yolu ötən ilin oktyabr ayında istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin davamıdır. Bu xətt Qarsda tikintisi hələ davam edən logistik mərkəz ilə də bağlı olacaq".

Nazir bildirib ki, bütün sadalanan layihələr Türkiyədə "Orta nəqliyyat dəhlizi" adlandırılan dəhlizə daxildir: "Naxçıvana İrana çıxışı olan dəmir yolunun tikintisi bu hissəni Edirne, İstanbul, Eskişehir, Ankara, Yozqat, Sivas, Ərzincan, Ərzurum və Qars kimi şəhərlərdən keçən "Şərq-Qərb" dəmir yolu dəhlizi ilə birləşdirməyə imkan verəcək və bu, Türkiyənin mövqeyini daha da gücləndirəcək".

Mehmet Cahit Turhan vurğulayıb ki, digər tərəfdən dəmir yolunun tikintisi İğdır aqrar əyalətinin inkişafına, eləcə də Sivas-Ərzincan-Ərzurum-Qars dəmir yolunun səmərəliliyinə müsbət təsir göstərəcək.

23 Oktyabr 2018 10:36 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə