• USD: 1.7000
  • EUR: 1.9267
  • RUB: 0.0258
  • TRY: 0.3163
  • Bakı + 12.2 ° C / 79%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Vüqar Rəhimzadə: Azərbaycanın və Türkiyənin təşəbbüskarı olduqları bütün layihələr xalqlarımızın gələcək rifahına xidmət edir

Vüqar Rəhimzadə: Azərbaycanın və Türkiyənin təşəbbüskarı olduqları bütün layihələr xalqlarımızın gələcək rifahına xidmət edir

Ötən həftə Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının, strateji tərəfdaşlığının daha bir parlaq nümunəsinin şahidi olduq. Türkiyənin İzmir şəhərində “Star” neft emalı zavodunun açılış mərasimi keçirildi. Məhz 2011-ci il oktyabrın 25-də Azərbaycan və Türkiyə dövlət başçılarının iştirakı ilə bu zavodun təməli qoyulmuşdu. Göründüyü kimi,  ölkəmizin və qardaş Türkiyənin təşəbbüskarı olduqları bütün layihələr uğurla reallaşdırılır və xalqlarımızın, dövlətlərimizin inkişafına, gələcək rifahına xidmət edir. Bu baxımdan “Star” neft emalı zavodunun istifadəyə verilməsi onu deməyə əsas verir ki, Azərbaycan və Türkiyə qarşıda duran bütün hədəflərə uğurla çatırlar.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib. 
Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycan Prezidentinin “Star” neft emalı zavodunun açılış mərasimində səsləndirdiyi fikirlər bir daha bu əminliyi ifadə edir ki, belə nəhəng layihələrin icrasında ölkələrimizin liderlərinin güclü siyasi iradəsi, eyni zamanda, dostluq, qardaşlıq amilləri xüsusi yer tutur. “Star Rafineri”nin açılışı timsalında biz birliyimizin, həmrəyliyimizin, dostluğumuzun əlamətini görürük. Əminəm ki, bundan sonra da Türkiyə və Azərbaycan yalnız uğurlar yolu ilə gedəcək”, - deyən Prezident İlham Əliyev vurğulayıb ki, Türkiyə və Azərbaycan birgə səylərlə güclü siyasi iradə nümayiş etdirərək Avrasiyanın enerji və nəqliyyat xəritəsini yenidən cızır. 
Baş redaktor deyib: “Sözsüz ki, biz bunu Bakı-Tbilisi-Ceyhan, “Cənub Qaz Dəhlizi”, o cümlədən TANAP layihələrində də görürük. Doğrudan da belə qlobal layihələr region ölkələri üçün böyük fayda gətirməklə yanaşı, Avropanın enerji xəritəsini yenidən tərtib edir”. 
“İki sahil” qəzetinin baş redaktoru əlavə edib ki, bu layihələrin gerçəkləşməsində SOCAR-ın böyük rolu var: “Möhtərəm Prezidentimizin tapşırığına uyğun olaraq, SOCAR öz səmərəli və çoxşaxəli fəaliyyəti ilə artıq beynəlxalq şirkətə çevrilib. Şirkət ölkə daxili ilə yanaşı, xaricdə də mühüm investisiya layihələrini gerçəkləşdirir. Təbii ki, bu sırada Türkiyə xüsusi yer tutur. Elə bunun nəticəsidir ki, bu gün SOCAR Türkiyənin ən böyük investoruna çevrilib.”
Vüqar Rəhimzadə onu da əlavə edib ki, Azərbaycan–Türkiyə əlaqələri bu gün ən yüksək səviyyədədir: “Bu birlik əbədidir, sarsılmazdır. Ölkələrimiz dünya miqyasında dostluq, qardaşlıq nümunəsi nümayiş etdirirlər. Hesab edirəm ki, “Star” neft emalı zavodu kimi böyük layihələr gücümüzə güc qatır, birliyimizi daha da möhkəmləndirir.” 

23 Oktyabr 2018 01:33 - XƏBƏRLƏR
XƏBƏRLƏR
17 Noyabr 2018 | 22:53
Naxçıvanda payız iməciliyi

Ən son xəbərləri səhifəmizdən də izləyin