• USD: 1.7000
  • EUR: 1.9267
  • RUB: 0.0258
  • TRY: 0.3163
  • Bakı + 12.2 ° C / 79%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ukraynalı deputat: Prezident İlham Əliyev güclü siyasi lider, islahatçı kimi böyük nüfuza malikdir

Ukraynalı deputat: Prezident İlham Əliyev güclü siyasi lider, islahatçı kimi böyük nüfuza malikdir

Azərbaycan Prezidenti İlham Əliyev atası Heydər Əliyev kimi strateji hədəfləri yerinə yetirən güclü siyasi lider, islahatçı və modernist kimi böyük nüfuza malikdir. Türkiyədə Azərbaycan Prezidentinin iradəsi nəticəsində “Star” neft emalı zavodunun açılması da böyük planların tərkib hissəsidir. Prezident İlham Əliyevin dövlət başçısı olaraq 15 illik fəaliyyəti ən yüksək hörmət və qiymətə layiqdir. 
Bu fikirləri AZƏRTAC-a məxsusi açıqlamasında Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Maksim Kuryaçiy söyləyib.
Deputat qeyd edib ki, Prezident İlham Əliyev son 15 ildə ölkənin hərtərəfli inkişafına nail olub. Çoxsaylı islahatların nəticəsində Azərbaycanın iqtisadi, siyasi və enerji müstəqilliyi təmin edilib. Azərbaycanın həyata keçirdiyi enerji siyasəti nəticəsində ölkə dünya siyasətində xüsusi yer tutur.
“Hər dəfə Azərbaycanda olarkən bir daha əmin oluram ki, dövlətin düzgün strategiyası nəticəsində uğurlu sosial layihələr reallaşdırılıb. Şəhərlərin gözəlliyi, yol infrastrukturunun yenidən qurulması, xalqın rifahının artırılması və bu kimi islahatlar əhalinin dövlətinə, hakimiyyətinə, Prezidentinə inamını artırıb”,- deyə ukraynalı deputat əlavə edib. 

Emil Hüseynli, 
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

 

23 Oktyabr 2018 01:31 - XƏBƏRLƏR
XƏBƏRLƏR
17 Noyabr 2018 | 22:53
Naxçıvanda payız iməciliyi

Ən son xəbərləri səhifəmizdən də izləyin